May 12, 2021 23:52 Asia/Baku
  • Portuqaliya Liqasının 32-ci həftəsi; Sportinq çempion oldu

Portuqaliyanın Premyer Liqasının 32-ci həftəsi dünən gecə və bu gün davam edib.

SəhərAzəri-nin məlumatına əsasən, 32-ci turun nəticələr belədir: 

"Belenenses" 3-1 hesabı ilə "Tondela"ya qalib gəlib. "Sportinq Lissabon" 1-0 hesabı ilə "Boavişta"ya, "Santa Klara" 1-0 "Rio Ave"yə, Benfika isə 3-1 "Nasional Madeira"ya qalib gəlib.

Portuqaliya Liqasında "Sporting Lissabon" 82 xalla erkən çempion olub və gələn mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. İranlı hücumçu Mehdi Tareminin çıxış etdiyi "Portu"74 xal, "Benfika" 70 xal və "Braqa" 60 xalla ikincidən-dürdüncüdürlər. "Braqa" komandası gələn mövsüm Avropa Liqasının qrup mərhələsinə yüksəlib. İranlı hücumçu Cəfər Sultaninin xidmətindən yararlanan "Portimonense" 34 xalla və görüşlərin nəticələrinə əsasən on ikinci yerdədir və İran millisinin qapıçısı Əmir Abidzadə və iranlı hücumçu Əli Əlipurdan istifadə edən "Maritimo" komandası 34 xalla və daha az top fərqi ilə on dördüncü yerdəki mövqeyini qoruyubdur.

Portuqaliya Liqasının bombardirlər cədvəlində Benfikanın isveçrəli hücumçusu Haris Səfəroviç və "Sportinq Lissabon"un portuqaliyalı hücumçusu Pedro Qonçalves 18 qolla birlikdə liderdilər. İranlı hücumçu Mehdi Taremi və "Tondela" komandasının ispaniyalı hücumçusu Mario Qonzalez 15 xalla üçüncü və dördüncü yerdədirlər. "Portu"nun portuqaliyalı hücumçusu Sergio Oliviera 12 qolla beçincidir.

Teqlər