«A.C Milan» 7 qolla «Torino»nu darmadağın etdi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i376974-a.c_milan_7_qolla_torino_nu_darmadağın_etdi
«A.C Milan» futbol klubu İtaliya futbol liqasının «A» seriyasının 36-cı həftəsində 7 qolla «Torino» klubuna üstün gəlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 13, 2021 15:15 Asia/Baku
  • «A.C Milan» 7 qolla «Torino»nu darmadağın etdi

«A.C Milan» futbol klubu İtaliya futbol liqasının «A» seriyasının 36-cı həftəsində 7 qolla «Torino» klubuna üstün gəlib.

SəhərAzəri-nin məlumatına əsasən,dünən gecə «A» seriyasının 36-cı həftəsinin yarışları keçirilib. «Torino»nun meydançasında olynayan «A.C Milan» bu oyunu yeddi-sıfır hesabı ilə başa vurub.

Fernandes 19 və 62-ci dəqiqələrdə, Kessye 26-cı dəqiqədə penalti zərbəsi ilə, Diyas əllinci dəqiqədə, Rebiç isə 67, 72 və 79-cu dəqiqələrdə Milan üçün qol vurublar.

Milan klubunun üzvləri bu məhsuldar nəticə ilə xallarının sayını 75-ə çatdırıb və cari mövsümün çempionu və səksən səkkiz xala malik olan İnter və 75 xallı Atalanta komandalarından sonra çempionatın üçüncüsü olubdur.

Digər oyunda İnter üç-bir hesabı ilə Roma komandasını məğlub edib.