İyun 02, 2021 23:02 Asia/Baku
  • Özbəkistanda gənclər arasında ağır atletika üzrə dünya çempionatı başa çatıb

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 46-ci gənclər arasında ağır atletika üzrə dünya çempionatı başa çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, dünyanın 53 ölkəsindən 244 atletin qatıldığı bu yarışların sonunda, Qazaxıstan on qızıl, altı gümüş və bir bürünc medalla birinci, Özbəkistan yeddı qızıl, beş gümüş və iki bürünc medalla ikinci olub, Türkiyə isə altı qızıl, altı gümüş və altı bürün medalla üçüncü olubdur.

Məlumata əsasən, 109 kiloqram kateqoriyasında Ukraynadan Boqdan Qaza birdən qaldırma hərəkətində 189 kiloqram qaldıraraq, dünya gənclərinin rekordunu artırmağı bacarıb.

Həmçinin qadınlar bölməsində yeganə rekord vurma 55 kiloqram kateqoriyasında qeydə alınıb və Ukraynadan Kamila Konotop toplam 212 kiloqram nəticə ilə dünya gənclərinin toplam rekordunu yeniləyib. 

Teqlər