İyun 12, 2021 13:38 Asia/Baku
  • İran komandası kamboca komandasını 10-0 hesabı ilə məğlub edib

İranın futbol üzrə milli komandası Kamboca komandasına çoxlu sayda gol vuraraq, Bəhreyndə ardıcıl üçüncü qələbəsini qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın milli futbol komandası 2022-ci il Dünya kuboku və 2023-cü il Asiya Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Tehran vaxtı ilə saat 19:00-da Kamboca komandası ilə qarşılaşıb və 10-0 hesabı ilə bu komandanı məğlub edib.

Əvvəlki oyunda Bəhreyni 3-0 hesabı ilə məğlub etməyi bacaran İran millisi, bu oyundan əvvəl 12 xalla qrupun ikincisi idi.

İran millisi birinci qarşılaşmada Kambocanı 14-0 hesabı ilə məğlub etmişdi.

Teqlər