İyun 14, 2021 22:49 Asia/Baku
  • İranlı taekvondoçu qadın Asiya üzrə ikinci olub

Taekvondonun pumse növü üzrə yarışan iranlı qadın idmançı Mərcan Sələhşuri altıncı Asiya çempionatında fərdi bölmədə və 18-30 yaşları arasında keçirilən yarışlarda ikinci olubdur.

SəhərAzəri-nin məlumatına əsasən, taekvondonun pumse növü üzrə altıncı Asiya çempionatı bu gündən etibarən, on bir ölkədən olan səksən səkkiz idmançının iştirakı ilə Beyrutun «Nuhad Nufal» zalında keçirilməkdədir.

Qadınlar qrupunda 18-30 yaşları arasında keçirilən fərdi yarışların sonunda Mərcan Sələhşuri yeddi tam yüzdə səksən üç xal ilə Asiya çempionatının ikinci yerini tutmağı bacarıb.

Cənubi Koreya nümayəndəsi səkkiz tam yüzdə on üç xal ilə çempion olub. Filippin nümayəndəsi yeddi tam yüzdə altmış bir, Livan taekvondoçusu isə altı tam yüzdə səksən beş xal ilə üçüncü yeri tutublar.

Bu gün, iyunun on dördündən başlanan taekvondo üzrə Asiya çempionatı pumse, parataekvondo və kiorogi bölmələrində izlənilir. Yarışlar iyunun 18-dək davam edəcək.

Teqlər