İyun 15, 2021 13:46 Asia/Baku
  • İran futbolçuları dünya çempionatına vəsiqə qazanacaqlarmı?

İranın futbol üzrə yığma komandası 2022-ci il Qətər dünya çempionatına çıxmaq yolunda mühüm bir görüşdə İraqın yığma komandası ilə görüşəcək.

SəhərAzəri-nin məlumatına əsasən, İranın yığma komandası bu gün Tehran vaxtı ilə saat 21-də 2022-ci il Qətər dünya çempionatının ilkin seçmə mərhələsi çərçivəsindəki sonuncu görüşündə Bəhreynin Manama şəhərində İraq millisilə görüşəcək.

Bu görüşün hər iki komanda üçün olduqca böyük önəmi var və görüş onların yekun mərhələyə çıxış vəziyyətini müəyyən edəcək.

İraqın yığma komandasının hətta İran millisinə uduzacağı təqdirdə belə, növbəti etapa çıxış ehtimalı çox yüksəkdir.

Əgər iki komandanın oyunu bərabər nəticə ilə qurtararsa, İran millisinin çıxış müqəddəratı digər komandaların oyunlarından asılı olacaq.

İranın futbol üzrə yığma komandası indiyədək beş dəfə dünya çempionatının yekun etapına çıxıbdır.

Teqlər