İran millisi Dünya Çempionatının seçmə mərhələsində qrupun lideri olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i378086-İran_millisi_dünya_Çempionatının_seçmə_mərhələsində_qrupun_lideri_olub
İranın futbol üzrı yığma komandası İraq komandasını məğlub edərək, C qrupunun ilk komandası olaraq, Dünya Kubokunun seçmə mərhələsinin növbəti turuna yüksəldi.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 16, 2021 06:58 Asia/Baku
  • İran millisi Dünya Çempionatının seçmə mərhələsində qrupun lideri olub

İranın futbol üzrı yığma komandası İraq komandasını məğlub edərək, C qrupunun ilk komandası olaraq, Dünya Kubokunun seçmə mərhələsinin növbəti turuna yüksəldi.

SəhərAzəri-nin məlumatına əsasən, İranın milli futbol komandası Dünya Kubokunun seçmə mərhələsinin ikinci turunda Bəhreynin Manama şəhərində İraq komandası ilə qarşılaşıb və oyunun 34-cü dəqiqəsində Sərdar Azmunun yeganə qolu ilə rəqibini məğlub edib və 18 xalla C qrupunun lideri olaraq, Dünya Çempionatının Asiya üzrə seçmə mərhələsinin son turuna yüksəlib.

İranın yığma komandası Draqan Skoçiçin rəhbərliyi ilə Honkonq, Bəhreyn, kamboca və İraq komandaları qarşısında dörd cavab oyununda tam 12 xalı qazana bilib.

İraqın milli futbol komandası bu məğlubiyyətdən sonra 17 xalla 5 ikinci komandadan biri olaraq, növbəti mərhələyə adlayıb.