İyun 20, 2021 12:06 Asia/Baku
  • İranın «Əks istiqamət» filmi mükafata layiq görülüb

İranın «Əks istiqamət» filmi 24-cü beynəlxalq Şanxay film festivalının əsas rəqabət bölməsində ən yaxşı birinci kişi rolu və ən yaxşı rejissor mükafatlarını almağa müvəffəq olub.

SəhərAzəri-nin məlumatına əsasən,«Əks istiqamət» filmi yeniyetmələr və onların bir filmin düzəldilməsi yolundakı problemləri ilə bağlı məsələlərə nəzər salır.

Çinin Şanxay film festivalı Asiya qitəsi üzrə ən mühüm mədəni hadisələrdən və mötəbər beynəlxalq festivallardan biri kimi cari il iyunun on birindən iyirmisinədək keçirilir.

Teqlər