İyun 26, 2021 11:41 Asia/Baku
  • İranlı idmançı Dünya Gimnastika Kubokunu qazanıb

İranın gimnastıka üzrə yığma komandasının üzvü "Səid Reza Keyxa" Qətərdə keçirilən dünya kuboku yarışlarında çempion olub.

SəhərAzəri-nin məlumatına əsasən, İranın dəyərli gimnastı "Səid Reza Keyxa" dəstəli at üzərində hərəkətlərin finalında inamla Qətər Dünya Kubokunun çempionu olub. 

Keyxadan sonra qazaxıstanlı gimnast ikinci olub və olimpiya kvotası uğrunda Keyxanın əsas rəqibi olan yaponiyalı gimnast isə üçüncü olub. 

Bu nəticə ilə Keyxa və yaponiyalı gimnast olimpiya reytinqində bərabər xala sahib olublar, Keyxanın olimpiya lisenziyasının taleyi sabah bəlli olacaq. 

Digər tərəfdən, bədii gimnastika üzrə İran təmsilçisi Mehdi Əhməd Kohəni üzüklərin finalında çıxış edib və bu yarışların bürünc medalını qazanıb.

Teqlər