İyul 03, 2021 19:53 Asia/Baku
  • İran filmi «Karlovi Vari» festivalında

«Karlovi Vari» beynəlxalq film festivalı İranda çəkilmiş «Tale» sənədli filmini «istehsal edilməkdə olan filmlər» bölməsinin on iki filmindən biri kimi təqdim edib.

SəhərAzəri-nin məlumatına əsasən, Mərkəzi və Şərqi Avropada mühüm hadisə olan 55-ci «Karlovi Vari» beynəlxalq film festivalı bu tədbirin «istehsal edilməkdə olan filmlər» bölməsinə çıxmış sənədli və kino filmlərinin siyahısını elan edib.

On iki layihə, o sıradan iranlı rejissor Yasir Talibinin çəkdiyi «Tale» bədii-sənədli filmi ən yaxşı layihə mükafatı uğrunda mübarizə aparır.

Bu İran filmi Polşa, Rumıniya, Ukrayna, Fransa, Almaniya, Argentina, Rusiya və Gürcüstan filmləri ilə rəqabət aparır.

Teqlər