İyul 06, 2021 18:50 Asia/Baku
  • İran millisi həmçinin dünya çempionatına vəsiqə qazanıb

İranın çimərlik voleybolu komandası 19 yaşından aşağı gənclərin 2021-ci il Asiya çempionatının qalibi olub.

SəhərAzəri-nin məlumatına əsasən, 19 yaşından aşağı gənclərin üçüncü Asiya çempionatı bu gün Tailandın «Nakhompathom» şəhərində başa çatıb.

Tailandın dünya çempionatına ev sahibliyi edəcəyinə və İrandan göndərilmiş hər iki komandanın bu yarışların dörddə bir final mərhələsinə çıxmasına görə, onlar dünya çempionatında iştirak payı əldə ediblər.

Gənclərin çimərlik voleybolu üzrə 2021-ci il dünya çempionatı sentyabrın 14-dən 19-dək keçiriləcək.

Teqlər