Avro-2020-nin ən yaxşı futbolçusu karyerasını PSJ-də davam etdirəcək
Milan klubu və İtaliya millisinin qapıçısı Canluici Donnarumma yay transfer pəncərəsi açılan kimi Fransanın "Paris Sen-Jermen" klubuna qoşulub.
SəhərAzəri-nin məlumatına əsasən, Donnarumma, İtalyan komandası ilə Avro-2020 adı ilə tanınan Avropa Çempionatında parlaq çıxışı edərək, çempion oldu və turnirin ən yaxşı oyunçusu seçildi. Qapıçı yarışın finalında iki penalti zərbəsini dəf edərək, İngiltərənin məğlubiyyətində əsas rol oynadı.
Məlumata əsasən, bu 22 yaşlı qapıçı Milan klubu ilə müqaviləsini yeniləməkdən imtina edib və sərbəst oyunçu qismində "Paris Sen-Jermen" klubunə gedib. Donnarumma 2017-ci ildə son ana qədər Milan komandasından ayrılmaq fikrində olduğu halda, bu komanda ilə müqaviləsini 2021-ci ilə qədər uzadıb.
O, öz instaqram səhifəsində etdiyi paylaşımında PSJ klubuna transferi ilə bağlı yazıb: "Bəzi qərarları vermək çətindir, amma böyümək, inkişaf etmək və kişi olmaq prosesinin bir hissəsidir"
"16 yaşımda ilk A Seriyasındakı oyunum kimi Mən Rossoneri forması ilə əhəmiyyətli şəxsi hədəflərə çatdım. Yaşadığım möhtəşəm illəri heç vaxt unutmayacam, ancaq indi vidalaşmağın vaxtı gəlib çatıbdır", - deyə o, əlavə edib.
Donnarummanın Paris Sen-Jermen ilə müqaviləsi beş illikdir və 2026-cı ildə sona çatacaq.