Yağlı balıq ömrü uzadır
Alimlər araşdırmalardan sonra bu nəticəyə gəliblər ki, balıq yeməkdən irəli gələn yağ miqdarının azlığı insan ömründən orta hesabla dörd il kəsir.
SəhərAzəri-nin məlumatına əsasən, Alimlərin son araşdırmalarının nəticələri göstərir ki, insanların qida maddələrində “Omeqa 3” çatışmazlığı hətta siqaret çəkməzdən öncə belə, bədənə zərər vurur və insan ömrünü azaldır.
Bu araşdırmaya görə, yağlı balıqlarda mövcud olan “Omeqa 3” qan laxtalanmasının qarşısını almaq, eləcə də ürəyi qorumaq üçün zəruridir.
Alimlər başa düşüblər ki, salmon və skumbriya balıqlarında mövcud olan “Omeqa 3”nin çatışmazlığı insan ömründən azı dörd il kəsir.
İngiltərədəki elmi nəşrlərin yazdıqlarına görə, insan qanında “Omeqa 3” səviyyəsi səkkiz faizdən yuxarı olarsa, bu, yaxşı hal hesab olunur. Dörd faizdən səkkiz faizədək olan dərəcə isə orta vəziyyət sayılır.