İyul 22, 2021 15:17 Asia/Baku
  • Gözəl İran sərgisi
    Gözəl İran sərgisi

İyulun 27-də və Tokio olimpiya oyunlarının beşinci günündə İranın bu şəhərdəki səfirliyində “Gözəl İran” sərgisi açılacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Bu sərgi İranın sənədli, təbii və mədəni irsini təqdim etmək məqsədilə iyulun 27-dən avqustun altısınadək keçiriləcək.

Sərgi İranın yüksək dərəcəli idman rəsmiləri və Beynəlxalq Olimpiya Komitəsinin sədri Tomas Baxın və Yaponiya Milli Olimpiya Komitəsi sədrinin iştirakı ilə açılacaq və onda iranlı sənətkarların əllərinin hünəri olan olimpiya tablo-xalçasının təqdimatı olacaq.

Tokio olimpiya oyunları koronavirus pandemiyasına görə, bir il təxirlə iyulun 23-dən otuz üç idman növü və 399 bölmədə keçiriləcək.

Yaponiya bundan qabaq 1964-cü ildə olimpiya oyunlarına ev sahibliyi etmişdi.

 

Teqlər