İranlı hakim kişilərin futbol matçlarına hakimlik edəcək
İyul 25, 2021 12:53 Asia/Baku
İranlı hakim 2020-ci il Tokio olimpiya oyunları gedişində kişilərin iki futbol görüşünə hakimlik edəcək.
SəhərAzəri-nin məlumatına əsasən, İran futbolunun 2020-ci il Tokio olimpiya oyunlarındakı yeganə nümayəndəsi Pərya Şəhriyari bu gün kişilərin yarışlarından iki görüşə hakimlik etməlidir.
Şəhriyari bu gün Bakı vaxtı ilə saat on ikidə Fransa-Cənubi Afrika, saat on beşdə isə Yaponiya-Meksika görüşlərini idarə edəcək.
Şəhriyari indiyədək qadınların futbol yarışlarından dördünə hakimilik edibdir.