Avq 06, 2021 14:32 Asia/Baku
  • Azərbaycan güləşçisi finala yüksəlib

Azərbaycan Respublikasının Tokio-2020 Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışlarına qatılan Hacı Əliyev finala yüksəlib.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının Tokio-2020 Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışlarına qatılan Hacı Əliyev finala yüksəlib. Hacının mükafatının əyarı həlledici görüşdə bəlli olacaq. Azərbaycan Respublikasının digər iki güləşçisi Şərif Şərifov və Mariya Stadnik isə bürünc medal üçün mübarizə aparacaqlar.

Hacı Əliyev 1/8 finalda seneqallı Adama Dyatta ilə görüşüb. O rəqibinə heç bir şans verməyib - 4:0. Daulet Niyazbekov (Qazaxıstan) ilə 1/4 final qarşılaşmasında daha asan qələbə (9:1) qazanan Hacı yarımfinala yüksəlib. O, bu mərhələdə hindistanlı Bayranq Bayranqla görüşüb və uğurlu seriyanı davam etdirib. Əliyev 12:5 hesablı qələbə sayəsində finala vəsiqə qazanıb.

Tokioda Azərbaycan millisinin heyətində həlledici görüşə yüksələn ilk idmançı, qızıl medal üçün Takuto Otoquro (Yaponiya) ilə üz-üzə gələcək. Görüş sabah baş tutacaq.

 

Teqlər