Avq 06, 2021 20:25 Asia/Baku
  • İranlı güləşçi
    İranlı güləşçi

İranın 125 kiloqram çəki dərəcəsində güləşən sərbəst güləşçisi Əmir Hüseyn Zare Tokio olimpiya oyunlarında bu çəki dərəcəsi üzrə sıralama mübarizəsində Çin nümayəndəsinə qalib gələrək, dəyərli bürünc medal alıb.

SəhərAzəri-nin məlumatına əsasən, 23 yaşından aşağı güləşdə qızıl, gənclər arasında isə dünya və olimpiya üzrə gümüş medalların sahibi olan Əmir Hüseyn Zare/ dünya üzrə gümüş və bürünc medallar almış çinli güləşçi Tszi Vi Denqi beş-sıfır hesabı ilə məğlub edərək, bürünc medal sahibi olub.

İran komandası 86 kiloqram çəki dərəcəsində Həsən Yəzdani tərəfindən gümüş medala nail olub və Ətri də 57 kiloqram çəki dərəcəsində beşinci yeri tutub. Digər iranlı güləşçilər isə yarışlarla vidalaşıblar.

 

Teqlər