Avq 13, 2021 17:42 Asia/Baku
  • dopinq
    dopinq

Olimpiya oyunlarında gümüş medal almış ingilis idmançının dopinq testi pozitiv elan edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Londonda çıxan «Qardian» nəşri xəbər verib ki, Tokio olimpiya oyunlarında yüz metr məsafəyə qaçışda gümüş medal almağa müvəffəq olmuş «Çicindu Uca», sən demə, dopinq istifadə edibmiş.

Bu idmançıdan alınımış dopinq testlərinə əsasən, onun qan analizində qadağan olunmuş iki maddə aşkar edilib, buna görə, o, məhrumolma müddəti barədə yekun hökmün çıxarılmasınadək naməlum müddətədək yarışlardan məhrumdur.

Beləliklə, Kanadanın bürünc medalı gümüşə, Çinin dördüncü yeri isə bürünc medala çevriləcək.

Böyük ehtimala qarşı, bu yüngül atlet dörd il müddətinə yarışlardan məhrum ediləcək.

 

Teqlər