Avq 21, 2021 18:28 Asia/Baku
  • Parisdə koronavirus haqqında iki tibbi araşdırmanın nəticəsi dərc edilib

Koronavirusa ağır yoluxmaların dörddə biri genetik və immunoloji anormallıqlarla əlaqədardır.

SəhərAzəri-nin məlumatına əsasən, İki elmi araşdırmanın nəticələri göstərir ki, koronavirus xəstəliyinin ağır hallarının dörddə biri genetik və ya immunoloji anormallıqlarla izah oluna bilər.

"İmmunologiya" jurnalında nəşr olunan iki yeni məqalə, beynəlxalq bir əməkdaşlığın nəticəsidir ki, Fransa Elmi Tədqiqat Mərkəzinin tədqiqatçıları, Paris Universitetinin professor və tədqiqatçıları ilə Paris Dövlət Xəstəxanalarındakı həkimlər vasitəsilə "Yoluxucu Xəstəliklərin İnsan Genetikası" Laboratoriyasında həyata keçirilib. 

"TLR-7" və ya "Troll-like receptor 7" geninin genetik anormallıqları

İlk araşdırmada, tədqiqatçılar xəstəliyin ağır ştammlarından ən çox təsirlənən kişilər üzərində təmərküzləşdilər. Onlar ilk olaraq, xəstəliyin ağır ştammına yoluxmuş min 202 kişi xəstədə X  xromosomunun ardıcıllığını araşdırdılar və 16 xəstədə "TLR7" genində tapılan "funksiya itkisi" genetik pozuntusunu müəyyən etdilər; Bu da xəstəliyin ağır formasına gətirib çıxarır.

Bu gen birinci tip interferonun istehsal mexanizmində mühüm rol oynadığından, rəqib infeksiyaya cavab olaraq istehsal olunan protein, virusua yoluxmuş hüceyrələrdə virusun çoxalmasına mane olur. Birinci tip İnterferon immunitet sisteminin fəaliyyətini tənzimləməyə kömək edir.

Teqlər