Avq 27, 2021 15:55 Asia/Baku
  • Azərbaycan üçün 3 qızıl 1 gümüş medal

Azərbaycan cüdoçuları Tokioda keçirilən Paralimpiya oyunlarında iki qızıl medal qazanıb.

SəhərAzəri-nin verdiyi məlumata görə,Belə ki, əvvəlcə qadın paracüdoçu Şəhanə Hacıyeva Olimpiya çempionu adını qazanıb. 48 kq çəki dərəcəsində mübarizə aparan Şahanə Hacıyeva fransalı Sandrin Martine qalib gəlib.

Cüdoda Azərbaycan Respublikası üçün  ikinci qızıl medalı isə 60 kq-da mübarizə aparan Vüqar Şirinli qazanıb. O final görüşündə Qazaxıstan təmsilçisi Anuar Sarıyevə qalib gəlib.

Bununla da Azərbaycanın Tokioda keçirilən Paralimpiya oyunlarında qızıl medallarının sayı 3-ə çatıb. Belə ki, Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanmışdı. Ötən gün Azərbaycan komandasında pauerliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.

Azərbaycan Respublikasının daha bir idmançısı, pauerliftinq növündə çıxış edən Pərvin Məmmədov bürünc medala sahib olub.

Əlavə edək ki, Tokioda keçirilən Yay Olimpiya Oyunlarında azərbaycanlı idmançılar üç gümüş və dörd bürünc medal qazanmışdılar.

Teqlər