İran Tokio Paralimpiya Oyunlarında ilk qızıl medalnı qazandı
Avq 28, 2021 19:01 Asia/Baku
Tokio-2020 Pralimpiya Oyunlarında iranlı para-atlet ağırlıq qaldırma yarışlarında qızıl medalı qazanıb.
SəhərAzəri-nin verdiyi məlumata görə, iranlı para-atlet Ruhullah Rüstəmi şənbə günü Tokio Paralimpiya Oyunlarının ağırlıq qaldırma yarışlarında qızıl medalı qazaznıb.
Tokio Paralimpiya Oyunları çərçivəsində keçirilən ağırlıq qaldırma yarışlarının davamında Ruhullah Rüstəmi 80 kiloqramdan aşağı çəki dərəcəsində rəqibləri ilə mübarizə aparıb və sonda 234 kiloqram nəticə ilə paralimpiya oyunlarının qızıl medalını əldə edib.
Çin və Misir təmsilçiləri müvafiq olaraq, 215 və 213 kiloqram nəticə ilə Rustəmidən sonra ikinci və üçüncü olublar.
Rüstəminin qızıl medalı ilə İran Tokio Paralimpiya Oyunlarında 24 -cü pilləyə yüksəlib.