Avq 29, 2021 11:47 Asia/Baku
  • Azərbaycan üçün növbəti qızıl medal

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir qızıl medal qazanıb.

SəhərAzəri-nin verdiyi məlumata görə,Azərbaycan Respublikasının milli komandasına daxil olan Elvin Astanov ölkəsinə növbəti qızıl mesalı qazandırıb.

O, nüvə itələmə yarışında 8,77 m nəticə ilə birinci yeri tutub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Astanov bu göstərici ilə yeni dünya rekordu da müəyyənləşdirib.

Bununla da Azərbaycan millisinin heyətində medalların sayı 10-a çatıb. Azərbaycan Respublikası komandasının aktivində 8 qızıl, 2 bürünc mükafat var.

Dünən də Azərbaycan Respublikası yığmasının atleti Həmid Heydəri dünya da yeni rekorda imza atdı.

O, nizəatma yarışında 51,42 m göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Heydəri bu nəticə ilə həm Paralimpiadanın qızıl medalını qazanıb, həm də dünya rekordunu ələ keçirib.

 

Teqlər