Avq 29, 2021 12:14 Asia/Baku
  • Əlirza Muxtari
    Əlirza Muxtari

İranın nüvə itələmə üzrə para-atleti Əlirza Muxtari Tokio paralimpiya oyunlarında gümüş medal alıb.

SəhərAzəri-nin verdiyi məlumata görə, Tokio paralimpiya oyunlarının davamında və Tokio olimpiya stadionunda keçirilən 57 kiloqramlıq nüvə itələmə növündə bu gün İran nümayəndəsi Əlirza Muxtari digər ölkələrdən olan səkkiz rəqbilə mübarizə aparıb. O, səkkiz metr 48 santimetr nəticə ilə gümüş medal sahibi olub.

Azərbaycan Respublikasını təmsil edən Elvin Astanov səkkiz metr 77 santimetr göstərici ilə birinci olmaqla bərabər, paralimpiya rekordunu beş santimetr yaxşılaşdırıb.

Çexiya Respublikasının nümayəndəsi Ales Keysi isə səkkiz metr 25 santimetrlə üçüncü olubdur.

 

Teqlər