Avq 29, 2021 17:41 Asia/Baku
  • Azərbaycanın qızıl medalları 9-a çatdı

Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir qızıl medal qazanıb.

SəhərAzəri-nin verdiyi məlumata görə,+70 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi qadın paracüdoçu Dürsədəf Kərimova  finalda Qazaxıstan idmançısı Zarina Baybatina ilə qarşılaşıb. Qələbə qazanan idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

"Neftçi İdman Klubu"nun yetirməsi olan Dursədəf 1/4 finalda Ukrayna idmançısı Anastasiya Harnik, yarımfinalda Braziliya təmsilçisi Meq Emmerikə qalib gəlib.

Bununla da Azərbaycan yığması Tokioda 12-ci medalını qazanıb. Azərbaycan Respublikası komandasının hesabında 9 qızıl və 3 bürünc mükafat var.

 

Teqlər