Zəhra Neməti qızıl medal aldı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i380702-zəhra_neməti_qızıl_medal_aldı
Öz italiyalı rəqibini məğlub edən Zəhra Neməti 2020-ci il Tokio paralimpiya oyunlarının fərdi oxatma yarışlarında qızıl medal qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 02, 2021 15:41 Asia/Baku
  • Zəhra Neməti
    Zəhra Neməti

Öz italiyalı rəqibini məğlub edən Zəhra Neməti 2020-ci il Tokio paralimpiya oyunlarının fərdi oxatma yarışlarında qızıl medal qazanıb.

SəhərAzəri-nin verdiyi məlumata görə,  Zəhra Neməti nəfəs kəsən final yarışında italiyalı rəqibi Vinsenza Petrilini 6-5 hesabı ilə məğlub edərək, həlledici qələbə qazanıb.

Neməti bu medalla öz paralimpiya dövrlərində üçüncü qızıl medalı və bu cəhətdən üçlü nailiyyətini əldə edib.

O, Londonda, Rio-de-Janeyroda, indi isə Tokioda qızıl medal qazanmağa nail olub.

Yarışların birinci dövründə püşkatma nəticəsində istirahətlə üzləşən Neməti səkkizdə bir final mərhələsində rus idmançı- Svetlana Barantsova ilə mübarizədə rəqibini 6-5 hesabı ilə məğlub etdi, dörddə bir finalda isə 7-1 hesabı ilə braziliyalı rəqibinə qalib gəldi.

Neməti yarımfinalda yunan rəqibini 6-2 hesabı ilə qarşısından götürdü.

Para-oxatma yarışlarının davamında Zəhra Neməti sentyabrın üçündə Qulamrza Rəhimi ilə yanaşı, qarışıq fərdi yarışlarda öz rəqiblərilə mübarizə aparacaq.