İranlı idmançının yeni rekordu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i380706-İranlı_idmançının_yeni_rekordu
İranın nizəatma üzrə milli komandasının üzvü bu idman növündə yeni rekord və Tokio paralimpiya oyunlarında İranın idman karvanının onuncu qızıl medalını əldə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2021 07:03 Asia/Baku
  • İranlı idmançının yeni rekordu

İranın nizəatma üzrə milli komandasının üzvü bu idman növündə yeni rekord və Tokio paralimpiya oyunlarında İranın idman karvanının onuncu qızıl medalını əldə edib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Tokio paralimpiya oyunlarının F54 dərəcəsi üzrə nizəatma növündəki yüngül atletika yarışları bu şəhərin olimpiya idman kompleksində keçirilib və İranın bu idman növündəki nümayəndəsi Hamed Əmiri müxtəlif ölkələrdən olan beş digər idmançı ilə mübarizə aparıb.

Əmiri ilk atışda otuz bir tam yüzdə iyirmi yeddi metr göstərici ilə paralimpiya rekordunu qırıb.

Əmiri ilk atışda dünya və paralimpiya rekordunu təzələsə də dördüncü atışda özünün ən yaxşı rekordunu qeydə aldıra bilib.

Otuz bir tam yüzdə otuz beş metr göstərici, Hamed Əmirinin altı atışdakı ən yaxşı rekordu olub və o, bu rekordla paralimpiya oyunlarındakı qızıl medalını qətiləşdiribdir.

F54 dərəcəsi üzrə nizəatma yarışlarında Rusiya nümayəndəsi otuz bir tam yüzdə on doqquz, ABŞ təmsilçisi isə otuz bir tam yüzdə doqquz metr göstərici ilə ikinci və üçüncü olublar.

Bu yarışlarda İran, Rusiya, Slovakiya, Meksika, Amerika və Yunanıstan idmançıları iştirak ediblər.