Tokio-2020: İranın oturaq voleybol üzrə milli komandası qızıl medal qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i380757-tokio_2020_İranın_oturaq_voleybol_üzrə_milli_komandası_qızıl_medal_qazanıb
Dünyada oturaq voleybol tarixinin ən uğurlu komandası olan İranın oturaq voleybol üzrə milli komandası Tokio Paralimpiya Oyunlarının final görüşündə Rusiya komandasına 3-1 hesabı ilə qalib gələrək, çempion oldu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2021 14:26 Asia/Baku
  • Tokio-2020: İranın oturaq voleybol üzrə milli komandası qızıl medal qazanıb

Dünyada oturaq voleybol tarixinin ən uğurlu komandası olan İranın oturaq voleybol üzrə milli komandası Tokio Paralimpiya Oyunlarının final görüşündə Rusiya komandasına 3-1 hesabı ilə qalib gələrək, çempion oldu.

SəhərAzəri-nin verdiyi məlumata görə, paralimpiyadada kişilər arasında keçirilən oturaq voleybol yarışlarında İran komandası 7 çempionluq və 2 ikinciliklə rekordçudur və İrandan sonra Hollandiya komandası 3 çempionluq və iki ikinciliklə ikinci, Bosniya və Herseqovina isə 2 çempionluq və 3 ikinciliklə üçüncüdür.

İranın oturaq voleybol üzrə milli komandasının qızıl medalı Tokio Paralimpiya Oyunlarında İran yığmasının 11-ci qızıl medalıdır.