İranlı idmançının özünəməxsus hünəri
İranlı idmançı daha üç dünya rekordunu qeydə aldırıb
Sen 05, 2021 15:11 Asia/Baku
İranlı idmançı Ümumdünya İmaro Təşkilatında daha üç dünya rekordunu qeydə aldırmağa müvəffəq olub.
SəhərAzəri-nin verdiyi məlumata görə, 34 yaşlı «Arəş Əhmədi Teyfkar» yüz metr məsafəyə bir ayaqla məsafə və sürət üzrə top çiləməyi bir dəqiqədən tez başa vura bilib.
O, yüz metr məsafəyə irəliyə doğru sürətlə futbol topunu alnında saxlamağı da bir dəqiqədən tez başa vurub.
Əhmədi özünün üçüncü nümayişində futbol topunu alnında saxlamaqla iki yüz pilləni yuxarı qalxmağı altı dəqiqə otuz səkkiz saniyəyə həyata keçirib.
Bu, iranlı idmançının Ümumdünya İmaro Təşkilatında qeydə alınan onuncu hünəridir.