Beynin gələcəyi proqnoz etmə qabiliyyəti kəşf edilib
Bir qrup tədqiqatçı insan beyninin gələcəyi proqnoz edə bilmək kimi maraqlı özəlliyini aşkar ediblər.
SəhərAzəri-nin verdiyi məlumata görə, İnsan beyni mahnıları, melodiyaları və sözləri dinləyərkən gələcəyi proqnoz edə bilir. Danimarka, İngiltərə və Kanada universitetlərindən olan alimlər və tədqiqatçılar belə bir nəticəyə gəliblər.
Tədqiqatçıların fikrincə, əgər musiqili bir əsər xüsusi bir şəkildə kəsilərsə, beyin müstəqil olaraq, onu davam etdirir və tamamlayır. Beləliklə də insan gələcəyi proqnoz etməyə çalışır. Yarımçıq bir cümləni tamamlamaqda da beynin reaksiyası eynidir.
Beyində gələcək hadisələrin necə proqnoz edilməsini müəyyən etmək, nevroloji xəstəliklərin diaqnostikası və dərk edilməsi üçün çox vacibdir. Misal üçün təhlükəli bir şey gördüyünüz zaman, adətən beyniniz onu tanıyır və sonra nə baş verəcəyini təxmin edir. Əgər keçmişdə belə bir təcrübəniz olarsa və bu məlumatları emal edə bilsəniz, potensial risklərdən vaxtında qaça bilərsiniz.