Sen 10, 2021 13:05 Asia/Baku
  • güləş
    güləş

«Güləş üzrə birləşmiş dünya» adı ilə tanınan Beynəlxalq Güləş Federasiyasının bildirdiyinə görə, olimpiya oyunlarında otuz medal qazanmış güləşçilər Norveçdə keçiriləcək dünya çempionatında iştirak edəcəklər.

SəhərAzəri-nin verdiyi məlumata görə, Tokio olimpiya oyunlarında özünün ikinci çempion adını qazanmış məşhur yunan-roma güləşçisi Abdulrəşid Sadulayev oktyabrın ikisindən başlanacaq Oslo dünya çempionatında yenidən döşək üzərinə qayıdacaq.

Tokio olimpiya oyunlarının bir il təxirlə keçirilməsi səbəbindən ilk dəfədir ki, güləş üzrə dünya çempionatı olimpiya oyunları ilində keçirilir.

Sadullayev digər Tokio çempionları, o sıradan Amerkiadan olan Devid Teylor və Tamira Stokk Mensah, Kuba təmsilçisi Luis Alberto Orta Sançes, İran güləşçisi Məhəmməd Rza Gerayi və Rusiya idmançısı Musa Yevloyev ilə yanaşı, bir ilin içində həm olimpiya, həm də dünya üzrə qızıl medal əldə etmək üzrə misilsiz bir fürsət əldə edəcək.

Sadullayev və Snayderdən başqa, olimpiya üçüncüsü olmuş Abrahaam De Cisos da 97 kiloqram çəki dərəcəsində mübarizə aparacaq.

86 kiloqram çəki dərəcəsində isə Devid Teylor, Rio olimpiya oyunlarının çempionu, «iranlı buldozer» ləqəbli Həsən Yəzdani ilə qızıl medal uğrunda rəqabət aparacaq.

 

Teqlər