Sionist rejim köhnə vaksinləri Qəzzə zolağına təhvil verib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i381081-sionist_rejim_köhnə_vaksinləri_qəzzə_zolağına_təhvil_verib
Qəzzə səhiyyə nazirliyi bildirib ki, sionist rejim Ramullahdan göndərilmiş əlli min doza vaksini qeyri-münasib şəraitdə saxladıqdan və xarab etdikdən sonra Qəzzəyə təhvil verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 14, 2021 14:45 Asia/Baku
  •  köhnə vaksinlər
    köhnə vaksinlər

Qəzzə səhiyyə nazirliyi bildirib ki, sionist rejim Ramullahdan göndərilmiş əlli min doza vaksini qeyri-münasib şəraitdə saxladıqdan və xarab etdikdən sonra Qəzzəyə təhvil verib.

SəhərAzəri-nin məlumatına əsasən, Qəzzə səhiyyə nazirliyi bir bəyanatda bildirib ki, Təl-Əviv tərəfindən göndərilən vaksinlər, təhlükəsizliklərini təsdiq etmək və keyfiyyətlərindən əmin olmaq məqsədilə araşdırılıb və araşdırmalardan sonra məlum olubdur ki, vaksinlərin istehlak tarixi başa çatıbdır.

Qəzzə səhiyyə nazirliyi bu bəyanatda Təl-Əvivin qeyd olunan vaksinlərin xarab olmasında məsuliyyət daşıdığını bildirib. Qeyd edib ki, sionist rejim münasib vaxtda daxil olmasını əngəllədiyinə və qeyri-münasib şəraitdə başlı-başına buraxdığına görə, bu vaksinlər xarab olubdur.