Okt 03, 2021 12:54 Asia/Baku
  • İran komandası
    İran komandası

Asiya Futbol Konfederasiyası İranı futbol üzrə 2022-ci il Qətər dünya çempionatının ən təqdirəlayiq komandası adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Asiya Futbol Konfederasiyası bir məlumatda futbol üzrə 2022-ci il dünya çempionatının Asiya bölgəsi üzrə seçmə görüşlərinin bərpası ərəfəsində birinci qrupun görüşlərinə işarə ilə, İran komandasını seçmə görüşlərinin ən təqdirəlayiq komandası adlandırıb.

Məlumatda deyilir ki, İran, Draqan Skoşiçin baş məşqşliyi altında bir çoxlarının qənaətincə, bu günədək Asiya bölgəsində seçmə görüşlərinin ən təqdirəlayiq komandası olub və Əlirza Cəhanbəxş də Hollandiya premyer liqasına geri döndüyü və «Feyenoord» klubuna qoşulduğu zamandan bəri öz sehrkar gücünü yenidən əldə edib.

İranın İraq və Suriya üzərindəki iki qələbəsi və iki oyundan altı xal qazanması İran yığmasını qrupun iki ən üstün komandası arasında qərar veribdir.

 

Teqlər