İranlı güləşçilərin qələbələri davam edir
Okt 03, 2021 20:22 Asia/Baku
İranın sərbəst güləş üzrə yığma komandasının 65 və 79 kiloqram çəki dərəcələrində yarışan güləşçiləri Norveçdə keçirilən dünya çempionatı yarışlarında özlərinin ilk mübarizələrində qalib gəliblər.
SəhərAzəri-nin məlumatına əsasən, Əmir Məhəmməd Yəzdani və Məhəmməd Noxudi bu gün Norveçin paytaxtı Oslo şəhərində keçirilən bu yarışlarda ilk qələbələrinə nail olublar.
92 kiloqram çəki dərəcəsində güləşən Kamran Qasımpur isə ilk mərhələdə istirahət etdikdən sonra ikinci etapda Ukraynanı təmsil edən Andrey Vlasovu məğlub edib.
Həsən Yəzdani və Əmir Həsən Zare də qızıl medal uğrunda mübarizə aparırlar.