Həsən Yəzdani çempion oldu; Əmir Hüseyn Zare tilsimi qırdı
86 kiloqram çəki dərəcəsində yarışan İranın sərbəst güləşçisi, sərbəst güləş üzrə Dünya Çempionatında amerikalı güləşçi Tayloru məğlub edərək, dünya çempionu oldu, həmçinin Əmir Hüseyn Zare də 32 il fasilədən sonra ağır çəkidə İran üçün qızıl medalı qazandı.
SəhərAzəri-nin məlumatına əsasən, Norveçin Oslo şəhərində keçirilən 2021-ci il sərbəst güləş üzrə Dünya Çempionatı yarışlarının davamında dünya və olimpiyanın qızıl medalçısı Həsən Yəzdani amerikalı güləşçi David Taylor ilə qarşılaşıb və 6-2 hesabı ilə rəqibini məğlub edərək, dünya çempionu oldu. Taylor Tokio Olimpiyadasının final görüşündə Həsən Yəzdanini məğlub etmişdi.
125 kq çəki dərəcəsində mübarizə aparan İranın digər təmsilçisi Əmir Hüseyn Zare də döyüşlərin finalında gürcüstanlı Geno Petriaşvilini məğlub edərək, Olimpiya oyunlarındakı məğlubiyyətin qisasını almaqla yanaşı, qızıl medal qazandı və ağır çəkidə 32 il müddətinə qızıl medal ala bilməmək tilsimini qırdı.