Okt 07, 2021 17:40 Asia/Baku
  • İspaniya finala çıxdı
    İspaniya finala çıxdı

İspaniyanın milli futbol komandası UEFA Millətlər Liqasının yarımfinalında San Siro-da İtaliya millisini məğlub etməklə bu liqanın finalına vəsiqə qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, UEFA Millətlər Liqası yarımfinalının birinci görüşündə İtaliya Milan şəhərinin San Siro stadionunda İspaniyanı qəbul edib və iki-bir hesabı ilə məğlub olubdur.

Bu oyunda Ferran Torres on yeddinci və birinci hissənin sonuna əlavə olunmuş ikinci dəqiqədə, yəni 47-ci dəqiqədə İspaniyanın iki qolunu vurub. İtaliyanın tək qolunu isə Lorenso Pelleqrini səksən üçüncü dəqiqədə vurubdur.

İtaliyanın güclü müdafiəçisi Leonardo Bonuççi isə oyunun 42-ci dəqiqəsində meydançadan çıxarılıb və İtaliya millisi görüşün böyük bir hissəsini on nəfərlə davam etdiribdir.

Həmçinin İtaliya komandasının milanlı azarkeşləri San Siroda dəfələrlə ölkələrinin qapıçısı Canluici Donnarummanı küyə basıblar ki, bu da onun işini çətinləşdiribdir.

Roberto Mançinin yetirmələri bu məğlubiyyətlə otuz yeddi məğlubiyyətsiz oyundan sonra nəhayət uğursuzluğun acılığını dadıblar.

 

Teqlər