İranlı güləşçilər Dünya Çempionatında 2 bürünc medal qazandılar
Okt 09, 2021 12:00 Asia/Baku
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir, altıncı yarış günündə, İranın 77 və 82 kiloqramda çıxış edən yunan-Roma güləşçiləri bürün medalı qazanıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Norveçin paytaxtı Osloda keçirilən yunan-Roma güləşi üzrə Dünya Çempionatında İranın 77 və 82 kiloqram çəki dərəcələrində təmsilçiləri Məhəmməd Əli Gerayi və Pejman Poştam rəqiblərinin məğlub edərək, bürünc madala sahib olublar.
Bu gün Məhəmməd Hadi Sarəvi və Əli Əkbər Yusifi də 97 və 130 kiloqram çəki dərəcələri üzrə final görüşündə qızıl medal uğrunda rəqibləri ilə qarşılaşmalı olacaqlar.
İranlı güləşçilər bu gün də, Norveçin Oslo şəhərində keçiriləcək dünya çempionatının davamında səhnəyə çıxmalı olacaqlar.