Okt 09, 2021 12:57 Asia/Baku
  • İran filminin Serbiya Festivalında uğuru

İranın uğurlu rejissoru Mərcan Xosrəvinin "Qar adlandırır" adlı qısametrajlı sənədli filmi Serbiyanın Beynəlxalq Antropoloji Filmlər Festivalında, tələbə filmləri kateqoriyasında Ən Yaxşı Film mükafatını qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, oktyabrın 4-dən Belqradda "Əbədi Ayaq İzi" şüarı ilə başlayan Serbiyanın 30-cu Beynəlxalq Antropoloji Filmlər Festivalı ən yaxşı əsərlərin mükafatlandırılması ilə cümə günü günortadan sonra başa çatdı.

Bu festival dörd gün ərzində müxtəlif ölkələrdən 56 filmə ev sahibliyi etdi.

Festivalın seçilmiş filmləri arasında iranlı gənc sənətkarların üç filmi iştirak edirdi ki, Mərcan Xosrəvinin "Qar adlandırır" filmi, tələbə filmləri kateqoriyasında ən yaxşı film mükafatına layiq görüldü. 

Teqlər