Okt 15, 2021 15:04 Asia/Baku
  • İran voleybolçuları Avropa klublarında
    İran voleybolçuları Avropa klublarında

Avropada voleybol klubları yarışlarının yeni mövsümü başlanıb. İran voleybolu Avropa komandalarında 26 oyunçuya malik olmaqla yeni bir rekord qeydə aldırıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran voleybolçularının Asiya və dünya səviyyəsindəki diqqətəlayiq uğurlarından sonra nəzərəçarpacaq sayda iranlı voleybolçu xarici komandalarda oynayır.

Bu arada iranlı qızlar da voleybol üzrə peşəkarlar siyahısına daxil olublar. Bu qızlar hicab şərtilə Avropanın yüksək liqalarında oynayırlar.

Hal-hazırda altı iranlı qız voleybolçu Portuqaliya, İspaniya, Sloveniya və Türkiyə liqalarında oynayır. Onların çoxu Portuqaliya klublarının üzvüdür.

Kişi bölməsində də hal-hazırda 20 iranlı voleybolçu xarici liqalarda fəaliyyət göstərir. Yenə də Portuqaliya və əlbəttə ki, Türkiyə klubları iranlı voleybolçuların oynamaq istədikləri komandalar olublar.

 

Teqlər