Ronaldu yenə də Messini arxada qoydu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i382341-ronaldu_yenə_də_messini_arxada_qoydu
Portuqaliyalı superstar Atalanta ilə görüşdə gol vurmaqla bir daha Lionel Messini ötüb keçibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2021 12:53 Asia/Baku
  • Ronaldu
    Ronaldu

Portuqaliyalı superstar Atalanta ilə görüşdə gol vurmaqla bir daha Lionel Messini ötüb keçibdir.

SəhərAzəri-nin məlumatına əsasən, «Mançester Yunayted» Avropa çempionlar liqası yarışlarının üçüncü həftəsində Atalanta-nı üç-iki hesabı ilə məğlub edib.

«Old Trafford»da iki qol geridə olan «Mançester Yunayted», sonda bu oyunun qalibi olub. «Mançester Yunayted»də özünün üç yüzüncü oyununu keçirən Kriştianu Ronaldu komandasının qələbə topunu vurub.

Atalanta Ronaldunun qol vurduğu 38-ci klub olub və bu cəhətdən Lionel Messini ötüb keçibdir.

Messi dünən Lepsiq komandası ilə oyunda qol vurmaqla 37-ci komandanın qapısına qol vurmuş oldu, lakin bir daha Ronaldu onu arxada qoydu.