Okt 22, 2021 13:32 Asia/Baku
  • Azərbaycan boksçuları Avropa çempionatından bürünc medulla ayrılıblar

Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən Avropa çempionatında yarımfinal mərhələsinin döyüşlərinə qatılan 2 Azərbaycan boksçusu bürünc medulla yarışlardan ayrılıb.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan boksçusu Nicat Hüseynov (51 kq) üçüncü sınağında rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Azərbaycanın digər təmsilçisi Kamil Babayev (54 kq) də yarımfinalda büdrəyib və gürcüstanlı Giorgi Sajaya həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Nəticədə Azərbaycanın hər iki boksçusu Avropa çempionatını bürünc medalla başa vurub. final görüşləri oktyabrın 23-də keçiriləcək.

Teqlər