Okt 22, 2021 15:45 Asia/Baku
  • Taremi
    Taremi

İranın yığma futbol komandasının və Porto klubunun üzvü Avropa Çempionlar Liqasında öz adına rekord qeydə aldırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Portuqaliyada çıxan Rekord nəşri xəbər verib ki, Porto-nun iranlı hücumçusu Mehdi Taremi Avropa Çempionlar Liqasının qrup mərhələsində öz adına rekord qeydə aldırıb. Belə ki, Taremi Porto-da iştirakı müddətində 33 kilometr hərəkət etdiyinə görə, Avropa Çempionlar Liqasının ən çox hərəkət edən hücumçusuna çevrilib.

Taremi üç oyunda Porto üçün bir qol vurmağa və bir qol ötürməyə müvəffəq olub. İranlı ulduz Lionel Messi, Kriştianu Ronaldu və Kilian Mbappe kimi ulduzların yanında Avropa Çempionlar Liqasının ən çox hərəkət edən hücumçusu kimi tanınıbdır.

 

Teqlər