İranlı sərbəst güləşçilərin beynəlxalq uğuru
23 yaşadək sərbəst güləş üzrə dünya çempionatının ilk beş çəki dərəcəsi üzrə sıralama və final görüşləri dünən gecə Serbiyanın Belqrad şəhərində keçirilib. Sonda İran komandası bir qızıl və üç bürünc medal qazanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Əmirəli Azərpira 97 kiloqram çəki dərəcəsində bu yarışlarda İranın ilk qızıl medalını qazanıb.
Əhməd Məhəmmədnejad-Cavan, Əli Əkbər Fəzli və Əli Savadkuhi bürünc medal əldə ediblər.
İlk beş çəki dərəcəsi üzrə yarışların sonunda İran komandası komanda üzrə sıralamada yetmiş xalla yarış cədvəlinin önündə gedir. Azərbaycan Respublikası və Ermənistan komandaları altmış, Rusiya isə 55 xalla sonrakı yerlərdə dururlar.
Bu gecə keçiriləcək ikinci beş çəki dərəcəsi üzrə sıralama və final görüşlərində isə Məhəmməd Sadiq Firuzpur və Səccad Qulami final görüşündə, Əmir Hüseyn Firuzpur və Seyid Mehdi Haşimi isə sıralama görüşlərində mübarizə apacaqlar.