Noy 11, 2021 17:36 Asia/Baku
  • Mobil telefon
    Mobil telefon

Hak etmək rəqəmsal dövründə çox eşitdiyimiz bir kəlmədir. İnsanların əksər hissəsinin öz mühüm informasiyalarını öz mobil telefonları və smartfonlarında saxladıqlarına görə, onların sındırılması gözləntidən o qədər də uzaq deyildir.

SəhərAzəri-nin məlumatına əsasən, Mobil telefonu hak etmək məxfi bir işdir və ehtimal üzrə siz ondan xəbərdar olmayacaqsınız. Siz öz əksər informasiyalarınızı öz mobil telefonlarınız və smartfonlarınızda saxlayarkən məlumatlarınızın hakerlər tərəfindən oğurlanacağı ehtimalını verməlisiniz. Amma nigarançılığa dəyməz. Öz mobil telefonunuzu hakerlərin əlindən amanda saxlamaq üçün bir neçə sadə və mühüm tövsiyəyə diqqət yetirin.

Əgər ictimai bir məkandasınızsa, üzərində təhlükəsizlik tənzimlərini fəallaşdırmadan öz internetinizi başqalarının ixgtiyarına verməyin. İmkan daxilində ictimai məkanlardakı WI-FI internetindən istifadə etməyin. Telefonunuzun blutosunun həmişə sönmüş halda olmasına diqqət yetirməlisiniz. Yalnız istifadə etdiyiniz hallarda blutos açıq ola bilər.

Naməlum tətbiqin telefonunuza yerləşdirilməməsinə diqqət yetirməlisiniz. Buna görə, daima onu nəzərdən keçirməlisiniz.

Şühəli mesajlar, linklər və faylları açmayın, çünki təxribatçı bir proqram ola bilər. Hər bir saytdan fayl və ya proqram yükləməyin. Mobil telefonunuzun mütləq antivirusu olmalıdır. Daima onu yenilədin.

 

Teqlər