İİR silahlı qüvvələrinin sərbəst güləş komandası dünya ikincisi olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i383413-İİr_silahlı_qüvvələrinin_sərbəst_güləş_komandası_dünya_ikincisi_olub
İran silahlı qüvvələrinin sərbəst güləş komandası dörd qızıl, dörd gümüş, iki bürünc medal və 210 xal əldə etməklə hərbçilərin dünya çempionatında ikinci olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2021 08:23 Asia/Baku
  • İran silahlı qüvvələrinin sərbəst güləş komandası
    İran silahlı qüvvələrinin sərbəst güləş komandası

İran silahlı qüvvələrinin sərbəst güləş komandası dörd qızıl, dörd gümüş, iki bürünc medal və 210 xal əldə etməklə hərbçilərin dünya çempionatında ikinci olub.

SəhərAzəri-nin məlumatına əsasən, Hərbçilərin sərbəst güləş üzrə 35-ci dünya çempionatı noyabrın 21-i və 22-də on dörd komandanın iştirakı ilə Tehrandakı on iki min nəfərlik Azadi zalında keçirilib.

Yarışların sonunda Rusiya komandası 215 xalla çempion adını qazanıb. İran komandası 210 xalla ikinci, Ermənistan isə 140 xalla üçüncü olubdur.