Noy 28, 2021 15:27 Asia/Baku
  • İranın basketbolda ilk “Ginnes” uğuru əldə olunub

İranlı idmançı ilk dəfə basketbol sahəsi üzrə “Ginnesin rekordlar kitabı”na düşüb.

SəhərAzəri-nin məlumatına əsasən, 48 yaşlı Əlireza Sadiqi 15 metr məsafədən, yəni peşəkar basketbol meydançasının ortasından da daha uzaq bir yerdən ovuc içi zərbəsi ilə basketbol topunu səbətə salmağı bacarıb.

Sadiqinin özü uşaqlıqda yanlış dərman müalicəsi səbəbindən fiziki məhdudiyyətli olub.

Onun sağ ayağı iflic olsa da, bu, onun idmanla məşğul olmasına, basketbol və futbol oynamasına mane olmur.

Teqlər