Çempionlar Liqasında "həftənin qolu" məlum olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i383987-Çempionlar_liqasında_həftənin_qolu_məlum_olub
“Mançester Yunayted”in ulduzu Meyson Qrinvudun qolu UEFA Çempionlar Liqasının qrup mərhələsində həftənin ən yaxşı qolu seçilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2021 10:11 Asia/Baku
  • Çempionlar Liqasında

“Mançester Yunayted”in ulduzu Meyson Qrinvudun qolu UEFA Çempionlar Liqasının qrup mərhələsində həftənin ən yaxşı qolu seçilib.

SəhərAzəri-nin məlumatına əsasən, çərşənbə axşamı və çərşənbə günü UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub və 16 komanda 1/8 finala vəsiqə qazanıb. 

Buna əsasən, bu mərhələnin ən yaxşı qolları təqdim edilib ki, "Mançester Yunayted"in gənc ulduzu Meyson Qrinvudun gözəl qolu həftənin qolu seçilib. 

"Zenit" klubundan olan Magomed Ozdoyev, PSJ-dən Kilian Mbappe və "Real Madrid"dən Marko Asensionun vurduqları qollar da "Həftənin qolu"na namizədlər sırasında idi.