İranlı qadın karateçi Asiya üzrə üçüncü olub
Dek 21, 2021 12:21 Asia/Baku
İranlı idmançı qadınlar üzrə gənclərin Asiya çempionatının bürünc medalını qazanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Zəhra Bonyani dünən Qazaxıstanda keçirilən 55 kiloqramdan aşağı çəki dərəcəsində döşək üzərinə çıxıb. O, ilk mərhələdə Qazaxıstan nümayəndəsi Amangül Dusenbayı yeddi-iki hesabı ilə qarşısından götürüb və yarışların yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Yarımfinalda Honq-Konq təmsilçisi Tay Huana sıfır-səkkiz hesabı ilə məğlub olan İranlı idmançı finala çıxa bilməyib.
Sıralama görüşündə əmirlik idmançısı Elyazia İsmail ilə mübarizə aparan Bonyani rəqibini on-beş hesabı ilə məğlub etməklə bürünc medal sahibi olub.
2021-ci il Asiya karate çempionatı 29 ölkənin idmançılarının iştirakı ilə Qazaxıstan paytaxtında keçirilməkdədir.