Ərdəbilli idmançı qadın bir ilkə imza atdı
Velosipedçi qadın 2365 km velosiped sürdükdən sonra Ərdəbilə qayıdıb
Ərdəbilli velosipedçi qadın 90 gün ərzində ölkənin 10 vilayətini keçərək dekabrın 28-də doğma şəhərinə çatıb. Velosipedçi məcmuda 2365 kilometr yolu qət edib.
SəhərAzəri Fars Xəbər Agentliyinə istinadla xəbər verir ki, ərdəbilli qadın velosipedçi Behnaz Hidayəti 90 gün ərzində “Sülh və Dostluq” şuarı altında ölkənin 10 vilayətini velosiped ilə keçərək nəhayət əhali, şəhər rəsmiləri və idmançıların səmimi qarşılanması ilə Ərdəbil daxil olub.
Ərdəbilli xanım velosipedçi bildirib ki, bu il sentyabrın 24-də İranın turistik yerlərini xarici turistlərə tanıtmaq və velosiped sürmə mədəniyyətini təbliğ etmək məqsədi ilə 90 günlük velotura başlayıb.
Ətraf mühit məsələsində insanları məlumatlandırmaq, mədəniyyət yaratmaq, xalqın və məmurların diqqətini ətraf mühit və turizm sahələrinə daha çox yönəltmək xanım Hidayətinin simvolik hərəkətinin digər məqsədlərini təşkil edib.