İranlı aktyor "Sundance" Film Festivalının münsiflər heyətinin üzvü seçilib
İranlı aktyor Payman Məadi 2022-ci ildə ABŞ-da keçiriləcək "Sundance" Film Festivalında münsiflər heyətinin üzvlərindən biri seçilib.
SəhərAzəri-nin məlumatına əsasən, İranlı aktyor, ssenarist və rejissor Peyman Məadi, "Cheisea Barnard" və "Marielle Heller" ilə birlikdə Amerikanın "Sundance" Film Festivalının bədii filmlər müsabiqəsi bölməsinin münsifləri olacaqlar.
"Sundance" festivalının münsiflərindən biri olaraq, Peyman Məadinin təqdimatında deyilir: "Peyman Məadi daha çox rejissor Əsğər Fərhadinin Oskar mükafatına layiq görülmüş "Ayrılıq", həmçinin "Elli haqqında" filmindəki rolu ilə tanınır".
Məadi "Ayrılıq" filmindəki roluna görə, Berlin Film Festivalında Ən Yaxşı Aktyor nominasiyasında Gümüş Ayı mükafatına layiq görülüb.
Onun son filmləri arasında "Metri altı yarım", "Gecə növbəsi", "X-Rey kampı", "6 yeraltı" və "13 saat" filmlərinə işarə etmək olar.
O, həmçinin "O, gecə" və "HBO" telekanalında yayımlanan "West world" seriallarında da rol alıb.