Yan 15, 2022 13:59 Asia/Baku
  • MS peyvəndinin klinik sınaqlarına başlanıb

"Moderna" əczaçılıq şirkəti dağınıq sklerozun mümkün amili olan "Epstein-Barr" virusuna qarşı vaksinin klinik sınaqlarına başladığını açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Fransanın "BFM TV" telekanalı şənbə günü öz Tvitter səhifəsində məlumat verib.

Kanal bildirib ki, yeni araşdırmaya görə, "Epstein-Barr" virusu dağınıq sklerozun (MS) mümkün səbəbidir. Kanalın bildirdiyinə görə, bu həftə "Science" jurnalında dərc edilən ABŞ-ın "Stenford" universitetinin tədqiqatçılarının bu araşdırması bütün dünya təxminən 2 milyon 800 nəfərin yoluxduğu və nisbətən bilinməyən otoimmün xəstəliyi olan MS-nin müalicəsi üçün ümidləri artırır.  Dağınıq skleroz immun sistemini pozan mərkəzi sinir sisteminin otoimmün xəstəliyidir. Baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. "Moderna" əczaçılıq şirkəti ötən həftə dağınıq sklerozun mümkün amili olan "Epstein-Barr" virusuna qarşı vaksinin klinik sınaqlarına başladığını bildirib. 

Teqlər